Beynəlxalq Avtomobil Federasiyasının rəhbər orqanı olan Ümumdünya Avtoidman Şurası rusiyalı və belaruslu pilotların milli simvollardan istifadə etməsinə qoyulan əvvəlki məhdudiyyətləri ləğv edib.
Qərara əsasən, Rusiya və Belarus pilotları, milli komandaları, yarış iştirakçıları və rəsmi şəxsləri beynəlxalq və regional yarışlarda heç bir məhdudiyyət olmadan iştirak edə biləcəklər. Bundan sonra pilotlardan neytrallıq öhdəliyini imzalamaq tələb olunmayacaq. Həmçinin yarışlarda Rusiya və Belarusun milli simvollarının, rənglərinin və bayraqlarının geyim, avadanlıq və avtomobillərdə nümayiş etdirilməsinə, eləcə də dövlət himnlərinin səsləndirilməsinə icazə veriləcək.
Bununla belə, Rusiyada və Belarusda beynəlxalq və regional yarışların keçirilməsinə qoyulan qadağa növbəti bildirişə qədər qüvvədə qalacaq.
