Dünyanın 1 nömrəli qadın tennisçisi Arina Sabalenka Böyük Britaniyanın nüfuzlu “Time” jurnalının sentyabr buraxılışının üz qabığına çıxıb. Beləliklə, o, jurnalın üz qabığında yer alan ilk belaruslu kimi tarixə düşüb.

Adıçəkilən nəşrə müsahibəsində Sabalenka həm karyerasından, həm də şəxsi həyatından danışıb. Tennisçi Naomi Osakaya məğlubiyyətdən sonra keçirdiyi hissləri, Minskdəki uşaqlıq xatirələrini və hazırda Floridada yaşadığı həyatı müqayisə edib. O, atasının itkisi, yarışlardan sonra yaşadığı emosional gərginliklə necə mübarizə apardığı və gələcək planları barədə də səmimi açıqlamalar verib.

Qeyd edək ki, Sabalenka 2025-ci ilin iyulundan 2026-cı ilin iyuluna qədər 35,9 milyon dollar gəlir əldə edib. Bunun 13,9 milyon dolları turnir mükafatları, 22 milyon dolları isə reklam müqavilələrindən gəlib.

“Time” nəşrinin Arina  ilə müsahibəsi ötən gün yayımlanıb.

9ee2d423 1e53 49cd 9c3a 0836d0d49604 - Futbolinfo.az
Shares: