“Bordo”nun Fransanın 6-cı liqasına göndərilməsi ilə bağlı apellyasiya müraciəti ikinci dəfə rədd edilib. Fransa Milli Olimpiya və İdman Komitəsi klubun milli səviyyəli turnirlərdə iştirakının bərpa olunması ilə bağlı müraciətinə mənfi rəy verib.
Bununla da Fransa futbolunun maliyyə tənzimləyicisi olan Milli İdarəetmə Nəzarəti Direktorluğunun (DNCG) qərarı qüvvədə saxlanılıb. “Bordo” maliyyələşməyə dair zəmanətləri vaxtında təqdim edə bilmədiyi üçün 6-cı divizionda – Yeni Akvitaniyanın regional 1 liqasının B qrupunda çıxış etməyə məcbur olub.
“L`Equipe” nəşrinin məlumatına görə, altıqat Fransa çempionunu müflisləşmə təhlükəsi gözləyir.
