“Zirə”nin sabiq futbolçusu Salifu Suma Azərbaycana qayıtmayacaq.
Futbolinfo.az xəbər verir ki, İsveçin “Malmö” klubunun hücumçusu karyerasını Yunanıstanda davam etdirəcək.
“Neftçi”nin maraq dairəsində olan 22 yaşlı qvineyalı oyunçu “Panetolikos”a keçib. O, yeni komandasına birillik icarəyə verilib.
Qeyd edək ki, “Malmö” Salifu Sumanı ötən yay “Zirə”dən 1,3 milyon avroya transfer edib.
