Qadın voleybolçular arasında Avropa çempionatında ilk turun oyunları keçirilib. Millimizin Portuqaliya yığmasını 3:1 hesabı ilə məğlub etdiyi ilk turda digər maraqlı nəticələr də qeydə alınıb.
A qrupunda Türkiyə millisi Latviyanı 3:0 hesabı ilə məğlub edib. İstanbulda keçirilən görüşdə meydan sahibləri bütün setlərdə üstün olub – 25:17, 25:16 və 25:16.
B qrupunda isə Serbiya Avstriyanı 3:0, Bolqarıstan Ukraynanı 3:0, Çexiya isə Yunanıstanı 3:1 hesabı ilə məğlub edib.
D qrupunda da üç qarşılaşma baş tutub. Fransa Slovakiyanı, İtaliya Xorvatiyanı, İsveç isə Monteneqronu 3:0 hesabı ilə üstələyib.
Beləliklə, ilk turun oyunlarından sonra Türkiyə, Serbiya, Bolqarıstan, Çexiya, Azərbaycan, Fransa, İtaliya və İsveç milliləri qruplarına qalibiyyətlə başlayıblar.
