İtaliyanın “Atalanta” klubu Almaniyanın “Leyptsiq” komandasının yarımmüdafiəçisi Elif Elması icarə əsasında heyətinə cəlb edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Şimali Makedoniya yığmasının 26 yaşlı futbolçusu Berqamo klubu tərəfindən sonradan satınalma şərti ilə icarəyə götürülüb.

Karyerasına vətənində “Rabotniçki” klubunda başlayan yarımmüdafiəçi daha sonra Türkiyənin “Fənərbaxça” və İtaliyanın “Napoli” komandalarında çıxış edib. O, Neapol təmsilçisinin heyətində İtaliya çempionluğu daxil olmaqla bir neçə titul qazanıb. E.Elmas 2024-cü ilin yanvarında “Leyptsiq”ə keçib və ötən mövsümü icarə əsasında “Napoli”də keçirərək 44 matçda 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, 2017-ci ilin iyununda Şimali Makedoniya millisində debüt edən futbolçu yığmanın heyətində keçirdiyi 79 oyunda 13 qol vurub. Onun dəyəri 13 milyon avro olaraq qiymətləndirilir.

Shares: