3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Yaponiyada keçirilən Takasaki mərhələsinə qələbə ilə start verib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi B qrupundakı ilk matçında Yaponiya millisi ilə üz-üzə gəlib.
Qarşılaşma “ağ-qaralar”ın qələbəsi ilə yekunlaşıb – 15:14.
Qeyd edək ki, təmsilçimiz qrupda ikinci oyununu Yaponiyanın “Takasaki” klubuna qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 14:10-da baş tutacaq.
Qrupda ilk iki yeri tutan komandalar 1/4 finala yüksələcəklər.
Xatırladaq ki, 23 mərhələnin nəticələrinə əsasən, “Neftçi SOCAR” 612 xalla üçüncü yerdədir.
