“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Almaniyanın “Borussiya” (Dortmund) klubunun vitse-kapitanı Niko Şlotterbek zədəsini sağaldaraq topla fərdi məşqlərə başlayıb.

Futbolinfo.az Dortmund təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı müdafiəçi DÇ-2026-da topuq oynağından zədələnmişdi.

Təcrübəli futbolçu aldığı xəsarət səbəbindən komandanın yeni mövsüm öncəsi yay hazırlıq prosesini buraxmalı olub.

“Sabah” – “Borussiya” matçı oktyabrın 20-də Bakıda keçiriləcək.

Shares: