İngiltərəli vinger Ris Nelson “Arsenal”dan ayrıldıqdan sonra karyerasını Niderlandın “Feyenoord” klubunda davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu Rotterdam təmsilçisi üçün tibbi müayinədən uğurla keçib.

Tərəflər müqavilənin şərtlərini tam razılaşdırıblar. Avqustun sonunda “Arsenal” ilə müqaviləsi qarşılıqlı razılıqla ləğv edilən oyunçu Niderland klubuna azad agent kimi keçib.

London klubunun yetirməsi olan Ris Nelson “Arsenal”ın əsas komandasında 90 matça çıxıb, 8 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, “Arsenal” UEFA Çempionlar Liqasında “Sabah”ın rəqiblərindən biridir.

Shares: