“Sabah”ın məşqçisi Valerio Zuddas komandanın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasını dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, indiyə qədər 10 fərqli ölkədə çalışmış 37 yaşlı italiyalı mütəxəssis komandada müdafiə təşkilinə, eləcə də avrokuboklarda rəqiblərin təhlilinə cavabdehdir.
Zuddas “Euronews”a açıqlamasında məşqçi heyəti ilə futbolçular arasında anlaşmanın yüksək səviyyədə olduğunu söyləyib: “Valdas Dambrauskas üçün baş məşqçi kimi, bizim üçün isə məşqçilər heyəti olaraq ən böyük məmnunluq ondan ibarətdir ki, futbolçuların komandadakı prinsiplərimizi mənimsədiyini və onlara inandığını aydın şəkildə görə bilirik. Bəzən onlar qurduğumuz struktur daxilində həll yollarını özləri tapırlar. Oyunu anlama səviyyələri bizə daim fərqli strategiyalar və dəyişikliklər təklif etməyə imkan verir. Bu da getdikcə daha rəqabətədavamlı olmağımıza kömək edir”.
Qeyd edək ki, ötən mövsüm “qızıl dubl” edən “Sabah” Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. Azərbaycan çempionu bu mərhələdə ilk oyununu sentyabrın 10-da səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək.
