“Cenoa” heyətini braziliyalı oyunçu ilə gücləndirib. İtaliya A Seriyası təmsilisi Robinyo Junioru heyətinə qatıb.
18 yaşlı vinger “Santos”dan icarəyə götürülüb. Futbolçu özünü doğruldcağı halda gələn yay 5 milyon avro ödənilərək birdəfəlik transfer ediləcək.
Tam adı Robson de Souza Junior olan oyunçu “Real”dan tanıdığımız məşhur Robinyonun oğludur.
