“Cenoa” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Stefan El-Şaaravi “Cenoa”ya azad agent kimi keçib.
İtaliyalı futbolçunun son klubu “Roma” olub. El-Şaaravi müqaviləsinin müddəti başa çatdıqdan sonra paytaxt təmsilçisindən ayrılıb.
“Cenoa” İtaliya çempionatının yeni mövsümünə uğursuz başlayıb. Komanda ilk iki turda məğlub olub və turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.
