Dünya futbolu

Qana millisinin baş məşqçisi bəlli oldu

karlos keyros - Futbolinfo.az

Karlos Keyruş Qana millisinin baş məşqçisi postuna qayıdıb.

Futbolinfo.az xəbər verir ki, Qana Futbol Assosiasiyası portuqaliyalı mütəxəssislə milli komandaya yenidən rəhbərlik etməsi barədə razılığa gəlib.

73 yaşlı çalışdırıcı iyulun əvvəlində Qana millisindən ayrılmışdı. Buna səbəb DÇ-2026-nın 1/16 final mərhələsində Kolumbiya yığmasına 0:1 hesablı məğlubiyyət olmuşdu.

Qana yığması mundialın qrup mərhələsində Panama üzərində qələbə (1:0) qazanıb, İngiltərə ilə 0:0 hesablı heç-heçə edib və Xorvatiya millisinə uduzub – 1:2.

Qana millisi sentyabrda 2027-ci il Afrika Millətlər kubokunun seçmə mərhələsində mübarizəyə başlayacaq. “Qara ulduzlar” qrupda Fil Dişi Sahili, Qambiya və Somali yığmaları ilə qarşılaşacaq.

Shares: