Digər idman növləri

Milyarderə 30 milyon dollar cərimə kəsildi

images 21 - Futbolinfo.az

Milli Basketbol Assosiasiyası “Los-Anceles Klippers” klubunun Kavay Leonard işi ilə bağlı əməkhaqqı limitinin pozulması üzrə birillik araşdırmanın nəticələrini açıqlayıb. Liqa klubun 2029-2033-cü illər arasında draftın ilk turunda beş seçim hüququnu əlindən alıb, həmçinin klubun sahibi Stiv Balmerə 30 milyon dollar cərimə tətbiq edib və onu, Lourens Frenki və Cillian Tsukeri vəzifələrindən uzaqlaşdırıb.

Kavay Leonard isə əmisinə və keçmiş biznes nümayəndəsi Denni Robertsona “Klippers” tərəfindən qanunsuz təqdim edilən güzəştlərə görə 700 min dollar kompensasiya ödəməli olacaq. Leonardın müqaviləsi ləğv edilməyəcək və basketbolçu diskvalifikasiya olunmayacaq, Robertson isə MBA tərəfindən istənilən biznes əməliyyatından uzaqlaşdırılıb.

“Klippers”ə tətbiq olunan 30 milyon dollarlıq cərimə Şimali Amerika liqası tarixində komanda üçün ən böyük cəza olub. Əvvəlki rekord 2000-ci ildə “Minnesota Timbervulvs”a məxsus idi və klub Co Smitlə gizli müqaviləyə görə 3,5 milyon dollar cərimələnmişdi. Beləliklə, “Klippers”in aldığı cəza əvvəlki antirekordu təxminən 10 dəfə üstələyib.

Qeyd edək ki, Stiv Balmerin sərvəti təxminən 152,4 milyard dollar qiymətləndirilir.

Shares: