21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabr və oktyabr aylarında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üç rəsmi oyun keçirəcək.
Futbolinfo.az xəbər verir ki, artıq bu oyunların keçiriləcəyi məkanlar da müəyyənləşib.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb:
25.09.2026
Azərbaycan (U-21) – Çexiya (U-21)
“Bank Respublika Arena”
30.09.2026
Şotlandiya (U-21) – Azərbaycan (U-21)
“Reqbi Park” (Kilmarnok, Şotlandiya)
06.10.2026
Azərbaycan (U-21) – Cəbəllütariq (U-21)
“Bank Respublika Arena”
