Digər idman növləri

12-ci mərhələdə yeni qalib

0fbdbcf0 a7b8 11f1 b5cf 8556ae508a51 - Futbolinfo.az

Mövsümün nüfuzlu velosiped yarışı olan “Vuelta”da 12-ci mərhələyə yekun vurulub.

Bu dəfə iştirakçılar İspaniyanın Vera ilə Kalar-Alto şəhərləri arasında 166,6 km məsafəni qət ediblər. Dağlıq ərazidə keçən mərhələdə qalib “Bahrain – Victorious” komandasının sloveniyalı velosipedçisi Yakob Omrzel olub. O, məsafəni 4 saat 29 dəqiqə 53 saniyəyə geridə qoyub.

“Equipo Kern Pharma”nın ispaniyalı üzvü Urko Berrade qalibdən 1 dəqiqə 56 saniyə geri qalaraq ikinci, “Bahrain – Victorious” komandasının kolumbiyalı nümayəndəsi Santyaqo Buitraqo isə 2 dəqiqə 13 saniyə fərqlə üçüncü olub.

“Movistar”ın ispaniyalı velosipedçisi Enrik Mas 2 dəqiqə 56 saniyə geridə qalaraq 6-cı nəticəni göstərib. Fəxri kürsüdən kənar qalmasına baxmayaraq, ümumi sıralamada Mas 40 saat 31 dəqiqə 51 saniyəlik göstərici ilə liderliyini qoruyub. Ondan 1 dəqiqə 45 saniyə geri qalan Primoj Roqliç ikinci, “Decathlon” komandasının avstriyalı velosipedçisi Feliks Qall isə 2 dəqiqə 6 saniyə fərqlə üçüncü pillədə qərarlaşıb.

Shares: