Digər idman növləri

Türkiyə yarımfinalda serblərə rəqib oldu

a a 20260903 42379182 42379177 t u r k i y e a l m a n y a 9416132 - Futbolinfo.az

Qadınlar arasında voleybol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

İstanbulda keçirilən son oyun günündə iki qarşılaşma baş tutub. Polşa millisi Niderland yığmasını 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Görüşdə Polşa ilk setdə 25:16 hesabı ilə qalib gəlsə də, Niderland ikinci hissədə 25:20 hesablı üstünlük əldə edib. Buna baxmayaraq, polşalı voleybolçular üçüncü və dördüncü setlərdə 25:20, 25:23 hesablı qələbələr qazanaraq matçın taleyini öz xeyirlərinə həll ediblər.

Digər 1/4 final oyununda isə meydan sahibi Türkiyə millisi Almaniyaya 3:1 hesabı ilə qalib gəlib. Türkiyə ilk seti 25:18 hesabı ilə qazanıb, almanlar ikinci hissədə 25:22 hesablı qələbə ilə hesabı bərabərləşdiriblər. Lakin növbəti iki setdə 25:18 və 25:22 hesabları ilə üstünlük qazanan Türkiyə yarımfinala vəsiqəni təmin edib.

Sentyabrın 5-də İstanbulda keçiriləcək yarımfinalda Polşa ilə İtaliya, Türkiyə ilə isə Serbiya milliləri üz-üzə gələcək.

Shares: