Dünya futbolu

“Qalatasaray”dan 68 milyon avroluq gəlir

qalatasaray - Futbolinfo.az

“Qalatasaray”ın forma sponsorluqlarından əldə etdiyi gəlir bu mövsüm 68 milyon avroya çatıb.

Ardıcıl çempionluqlar İstanbul təmsilçisinə marağı artırıb və klub ötən ilin eyni dövrü ilə müqayisədə sponsorluq gəlirlərini 14 milyon avro yüksəldib.

Ötən il forma “yazıları”ndan 54 milyon avro qazanan “Qalatasaray”ın illik gəlirini 80 milyon avroya çatdırmağı hədəflədiyi bildirilib. Hazırda formada yalnız arxa hissənin boş qaldığı, yeni sponsorluq anlaşmaları ilə bu məbləğə çatmağın mümkünlüyü qeyd olunub.

80 milyon avroluq hədəf reallaşarsa, “Qalatasaray”ın forma sponsorluğundan əldə etdiyi illik gəlir əvvəlki illə müqayisədə 30 faiz artacaq. Klub son olaraq “Pasifik Holding”lə avrokubok və yerli çempionat oyunları üçün forma sinə sponsorluğu üzrə 17,5 milyon avroluq müqavilə imzalayıb.

Shares: