Dünya futbolu

MY “Sabah”la oyundan əvvəl xal itirdi

OgxzgS - Futbolinfo.az

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi “Mançester Yunayted” İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” 3-cü turda səfərdə “Everton”la üz-üzə gəlib.

Qarşılaşma heç-heçə yekunlaşıb – 2:2.

Mançester təmsilçisi hazırda 4 xalla 11-ci, meydan sahibləri 5 xalla 8-ci pillədə qərarlaşıb.

“Mançester Yunayted” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda “Sabah”ı qəbul edəcək. Sentyabrın 10-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Shares: