Milli komanda

Dik Advokat Kurasaoda fəaliyyətini davam etdirəcək

Dik Advokat
Səs süni intellektlə yaradılıb.

Niderlandlı mütəxəssis Dik Advokat Kurasaonun milli komandasının baş məşqçisi vəzifəsində fəaliyyətini davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, bu barədə Kurasaonun Futbol Federasiyası məlumat yayıb.

78 yaşlı çalışdırıcı ilə yeni müqavilə 31 iyul 2027-ci ilədək uzadılıb.Advokat 2024-cü ildə Kurasaonun əsas millisinin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.2026-cı il dünya çempionatında Kurasaonun millisi Almaniyaya 1:7, Kot-d’İvuara 0:2 hesabı ilə uduzub, Ekvadorla isə 0:0 hesablı heç-heçə edib. Komanda E qrupunda dördüncü yeri tutub.

Advokat bununla yanaşı, dünya çempionatları tarixinin ən yaşlı baş məşqçisi olub.Mütəxəssis yeni müqavilə ilə bağlı komanda ilə birlikdə əldə olunan nəticələr üzərində işi davam etdirməkdən məmnun olduğunu bildirib.

Shares: