Dünya futbolu

“Fənərbağça”nın sabiq futbolçusu karyerasını başa vurdu

Maurisio İsla
Səs süni intellektlə yaradılıb.

Çilili müdafiəçi Maurisio İsla futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, 38 yaşlı futbolçu bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib.

2026-cı ilin yanvarında İsla azad agent kimi “Kolo-Kolo”dan ayrılıb. O, son matçını 2025-ci ilin noyabrında Çili çempionatında keçirib.

İsla karyerası ərzində “İndependyente”, “Universidad Katolika”, “Flamenqo”, “Fənərbağça”, “Kalyari”, “Marsel”, KPR, “Yuventus” və “Udineze”də çıxış edib.

Müdafiəçi Çili millisində 144 oyunda 5 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb. Bu göstərici yığma tarixində 5-ci ən yaxşı nəticədir. İsla millinin heyətində 2015 və 2016-cı illərdə iki dəfə Amerika Kubokunun qalibi olub.

O, həmçinin “Yuventus”un heyətində ikiqat İtaliya çempionudur. İsla A Seriyasında ümumilikdə 191 matç keçirib.

Shares: