“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, son olaraq “Sumqayıt”ın formasını geyinən serbiyalı yarımmüdafiəçi Aleksa Yankoviç bundan sonra Tovuz klubunun uğurları üçün çalışacaq.
Tərəflər 3 illik müqavilə imzalayıblar.
26 yaşlı futbolçu karyerası ərzində vətənində “Partizan”, “Çukariçki”, “Vozdovaç” klublarında da çıxış edib.

