"Qarabağ" 2014-cü ilə start verir. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu Premyer Liqanın 2-ci yarısının hazırlıqları üçün bir araya gəlib.
 
Komanda çempionatda yaranmış fasilədən sonra bu gün yığışaraq birbaşa təlim-məşq toplanışına yollanacaq. "Qarabağ" ilin ilk hazırlığı üçün Bakı – İstanbul – Antalya reysiylə  qardaş ölkəyə hərəkət edir. Türkiyədə 19 günlük hazırlıq keçəcək komanda yanvarın 26-da eyni reyslə də Bakıya qayıdacaq.
Shares: