Braziliyalı ulduz Ronaldinyonun transferində anbaan müsbət akordlar vurulur. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçinin meneceri və qardaşı Roberto Asiss “Beşiktaş”dan təklif aldıqdan sonra Braziliyaya dönüb “Atletiko Mineyro” və “Qremio” ilə görüşəcəklərini söyləmişdi.
Braziliya mətbuatı iddia edib ki, menecerlə “Atletiko Mineyro” arasında planlaşdırılan görüş reallaşmayıb. Klub prezidenti Aleksandr Kalil “Beşiktaş”ın təklifinin dəlicə olduğunu və o qədər maaş verə bilməyəcəklərini ifadə edib. O aradan çəkildiklərini və Ronaldinyoya yeni klubunda uğurlar arzuladıqlarını deyib.
Qeyd edək ki, “Beşiktaş” Ronaldinyo üçün son olaraq illik 6 milyon avro təklif etmişdi.






