Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
"Sanderlend" doğma meydanda "Mançester Yunayted"ə qalib gəlib. Lakin bu mərhələdən etibarən qalib ev-səfər prinsipi ilə müəyyənləşir. Odu ki, MY ev oyununda finala vəsiqə qazanmaq şansını saxlayır.
Ötən gecə isə "Mançester Siti" "Vest Hem"ə qalib gəlib. Meydan sahibləri vurduğu 6 cavabsız qolla finala vəsiqəni təmin etmiş olub.
Qeyd edək ki, cavab oyunları yanvarın 21-22-də keçiriləcək.
İngiltərə Liqa Kuboku
Yarımfinal (ilk oyunlar)
7 yanvar
Sanderlend – Mançester Yunayted – 2:1
8 yanvar
Mançester Siti – Vest Hem – 6:0






