Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov əməliyyat olunub. Futbolinfo.az xəbər verir ki, buna səbəb onun məşq zamanı yıxılaraq ciddi zədə alması olub.
 
İkinci dövrənin bitməsinə az müddət qalmış "Sumqayıt"ın düşərgəsini tərk edən Vüqar qış fasiləsindən istifadə edərək istirahət üçün Latviyaya üz tutmuşdu. Ayın 8-də vətənə qayıdan Vüqar bir gün sonra fərdi məşqlərə başlayıb. Elə həmin məşq zamanı yıxılan futbolçu ciddi zədələnib. Əsgərovun zədəsi o qədər ciddi olub ki, əməliyyat masasına uzanmalı olub. O, bu barədə sosial şəbəkələrdən birində məlumat yayıb və şəkillərini paylaşıb.
Shares: