Ötən günlərdə "Bavariya" ilə müqavilə imzalayan Dortmund "Borussiya"sının futbolçusu Robert Levandovski cinayət məsuliyyətinə cəlb olunmaq təhlükəsi ilə üz-üzə qalıb. Futbolinfo.az xəbər verir ki, oyunçu Dortmundda gəzərkən 17 yaşlı bir gənc ona qarşı nalayiq hərəkət edib.
Polyak forvard isə qarşılığında həmin gənci döyüb. Hadisədən sonra 17 yaşlı şəxs Levandovskidən polisə şikayət edib. Hazırda araşdırma aparılır. Polis həqiqətən də Robertlə bağlı şikayət aldıqlarını təsdiqləyib.
Levandovski özü isə sosial şəbəkələrin birində azarkeşi döymədiyini yazıb.






