"Neftçi"nin Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Simurq"la oyunu təxirə salına bilər. Futbolinfo.az saytına bu barədə paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib:
 
"Bildiyiniz kimi, sabah "Bakcell Arena"da "Simurq"la qarşılaşacağıq. Ancaq stadionun oyun üçün tam hazır vəziyyətə gətirilməsində suallar ortaya çıxıb. Belə ki, "Bakcell Arena" stadionunun rəhbərliyi meydanın oyuna tam hazır olması üçün bizə heç bir zəmanət vermir. Hətta biz stadionun ot örtüyünə zərər gəlməməsi üçün rəqib komanda ilə razılaşmışıq ki, oyun öncəsi məşqi Bakıxanov adına stadionda keçək. Necə olur ki, Tofiq Bəhrəmov adına Respublika stadionu "Qarabağ – "Xəzər Lənkəran" oyunu üçün hazır olur, ancaq "Bakcell Arena" stadionun rəhbərliyi stadionun hazır vəziyyətə gətirilməsi üçün bizə heç bir söz vermir. İstənilən halda, əlimizdən gələni edəcəyik ki, "Simurq"la matçımız baş tutsun".
Shares: