İspaniyanın iki nəhəngi “Barselona” və “Real” heyətdəki gənc ulduzlarının zədədən qayıtması xəbərinə sevilib. Futbolinfo.az xəbər verir ki, cari mövsümün əvvəlində müvafiq olaraq yeni komandalarına keçən Neymar və Qaret Beyl artıq məşqlərə başlayıb.
Çox güman ki, Neymar “Real Sosyedad”la Kral Kubokunun cavab qarşılaşmasında meydana çıxacaq. Eləcə də Beyl zədəsini tam sağaldıb kubokun yarımfinalında "Atletiko"ya qarşı forma geyəcək.






