Pis gedişata heç cür son qoya bilməyən "Mançester Yunayted" çarəni heyəti cilalamaqda tapıb. Futbolinfo.az xəbər verir ki, rəhbərlik vəziyyətin belə davam edəcəyi təqdirdə mövsümün sonunda 10 futbolçu ilə yollarını ayırmaq qərarına gəlib.
 
Həmin 10 nəfər müxtəlif səbəblərdən komandadan göndəriləcək. Rafael və Fabio Silva qardaşları, müqaviləsi başa çatan Rio Ferdinand, Nemanya Vidiç, Patrik Evra və Federiko Maçeda bu siyahıda yer alıb. Bundan başqa, baş məşqçi Devid Moyes Xavyer Hernandez və Aleksander Byuttneri də planlarına daxil etməyib. MY-dən ayrılacağı gözlənilən son futbolçu isə mövsümün sonunda karyerasının başa vurmağa hazırlaşan Rayan Giqzdir.
Adıçəkilənlərdən Fabio və Maçeda hazırda icarə əsasında karyeralarınıə başqa klublarda davam etdirirlər.
 
Qeyd edək ki, MY-dən gedəcək onuncu oyunçunun adı hələlik məlum deyil.
Shares: