"Mançester Yunayted"in unudulmaz futbolçuları simaları Rayan Giqz və Qari Nevill sabiq komanda yoldaşları Devid Bekhemin izindən getməyi planlaşdırır. Futbolinfo.az xəbər verir ki, onlar da sonuncu kimi klub sahibi olmaq fikrinə düşüb.
 
Britaniya mətbuatına inansaq, məşhur futbolçular Mançester şəhərinin futbol klubu "Salford Siti"ni almaq üçün danışıqlara başlayıb. Danışıqlar müsbət nəticələnsə, Giqz və Nevil klubun şərikli sahibləri olacaq.
 
Qeyd edək ki, klubun dəyərinin 560 min funt olduğu bildirilir.
Shares: