Hazırda davam edən "Simurq" – "Bakı" qarşılaşmasında qalmaqal yaşanıb. Futbolinfo.az saytının Zaqatalaya ezam olunmuş əməkdaşının məlumatına görə, münaqişə bu dəfə futbolçular arasında yaşanıb.
Qonaqların hücumu zamanı Lukas Mario Horvatın qarşısını İlkin Qırtımov kobudluqla alıb. Bununla da futbolçular arasında münaqişə başlayıb. Futbolçular arasında yaranmış mübahisə Orxan Məmmədovun Nicat Qurbanov və Risto Ristoviçi yanına çağıraraq, xəbərdarlıq etməsindən sonra başa çatıb.
Zədələnərək meydandan kənarlaşdırılan Horvat isə həkim müdaxiləsindən sonra yenidən oyuna daxil olub.






