Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Qəbələ"nin eyni adlı komandası doğma divarlar arasında "Xəzər Lənkəran"ı qəbul edir. Futbolinfo.az saytının Qəbələyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, yerli azarkeşlər Bakıdan gələn xəbərə seviniblər.
Belə ki, Daniel Subotiçin vurduğu qoldan 1 dəqiqə öncə stadionun diktoru " Bakı" və "Neftçi" komandaları arasındakı oyunda qeydə alınan nəticəni yerli azarkeşlərin diqqətinə çatdirib. Bu xəbərə sevinən qəbələli azarkeşlər bundan sonra "Neftçi" komandasına qarşı xoşagəlməz təzahüratlar səsləndiriblər. Bundan az sonra isə öz komandalarının hesabı açmasına seviniblər.
EMİN SƏFƏROV, QƏBƏLƏ






