“Kəpəz” klubunun planları həyata keçməyib. Belə ki, klub qapıçı məşqçisi postuna U-19 millimizdə çalışan Nadir Şükürovu gətirmək istəsə də, bunu həyata keçirə bilməyib.

Belə ki, AFFA Nadir Şükürovun “Kəpəz”də çalışmasına qarşı çıxıb. Şükürovla danışıqların alınmadığını əməkdaşımızla söhbətində “Kəpəz”in prezidenti Mehman Allahverdiyev də təsdiqləyib.

O bildirib ki, heyətdə yer alan qapıçılarla Tariyel Hüseynov məşğul olur. Hansı ki, Tariyel eyni zamanda, oyunçu kimi də “Kəpəz”ə xidmət edir.

(xemsefans.com)

Shares: