Vaqif Sadıqovun Futbolinfo.az saytına müsahibəsi
– Komandanın 6 turdu qalib gəlməməsinə səbəb nədi?
– Buna obyektiv və subyektiv səbəblərimiz var. Zədəli və cəzalı futbolçularımız çoxdu. Mən həmişə demişəm ki, AZAL komanda şəklində oynayır. 11 tur ərzində elə oyunlar olub ki, layiq olmadığımız halda qalib olmuşuq və ya əksinə məğlub olmuşuq. Çempionatda zəif rəqib yoxdu. Komanda da problemlər var və bu təbiidi.
– Zədəli futbolçulardan bərpa olanı var?
– Xeyr. Əksinə onlara Tural Nərimanovla Viktor İbakoyidə qoşulub. Onlar hələki komanda ilə birgə məşq etmirlər. Onların vəziyyəti sabah məlum olacaq.
– Qış transfer pəncərəsində komandada dəyişikliklər gözlənilir?
– Əlbəttə dəyişikliklər olacaq, planlarımız var. Amma hələ qış fasiləsinə sağ çıxmaq lazımdı.
– Hansı mövqədən narazısız və narazı olduğunuz mövqeyə transfer gözlənilir?
– Bütün mövqelərə ən yaxşı futbolçuları istəyirəm. Əsasən müdafiə xəttində boşluğumuz var. Komanda daxilində rəqabət olmasını isdəyirəm. Hər mövqedə 2-3 yaxşı futbolçu olmalıdı.
– Qarşıda "Sumqayıt"la oyun var. Komanda qələbəsizlik seriyasına son qoya biləcəkmi?
– "Sumqayıt"la oyunda qələbə bizə psixoloji cəhətdən kömək edə bilər. Buna görə komanda ciddi hazırlaşır, necə ki, digər oyunlara. Artıq 6 turdu ki, qalib gələ bilmirik. Düşünürəm ki, bu oyunda qalib gəlməklə komanda daxili vəziyyəti düzəldəcəyik.
KƏMALƏ İSMAYILOVA






