“Çelsi”nin hücumçusu Demba Ba qış transfer pəncərəsi dövründə “Valensiya”ya keçə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə nüfuzlu “Metro” nəşri məlumat yayıb. 
 
28 yaşlı seneqallı cari mövsüm İngiltərə çempionatında və Çempionlar Liqasında ümumilikdə 3 oyunda meydana çıxıb. Vəziyyətin belə olması isə forvardın ürəyincə deyil. Buna görə də o, komandasını dəyişmək barədə düşünür.
 
Qeyd edək ki, “Valensiya” Demba Baya görə London klubuna 7 milyon funt sterlinq ödəməyə hazırdı.
Shares: