Dünya futbolu
A Seriyasına vəsiqə qazanan 2 klub bəlli oldu
Növbəti mövsüm İtaliya A Seriyasında çıxış edəcək 2 klubun adına aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, “Leççe” və “Kremonese” yeni mövsümdən yüksək liqada oynayacaqlar.
B Seriyasında mövsümünün nəticələrinə görə, “Leççe” 71 xalla çempion olub, “Kremoneze” isə 69 xalla ikinci yeri tutub. Nəticədə komandalar yüksək diviziona birbaşa vəsiqə qazanıblar.
A Seriyasında çıxış edəcək daha bir komandanın adına pley-off matçlarından sonra aydınlıq gələcək.
Qeyd edək ki, “Leççe” sonuncu dəfə A Seriyasında 2019/20 mövsümündə, “Kremonese” isə 1995/96 mövsümündə çıxış edib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub