Bizi izləyin

Ölkə futbolu

AFFA-dan 9 komandaya texniki məğlubiyyət

blank
blank

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Futzal üzrə İkinci Liqanın 9-cu turunun “Baku Fire-3” – “Timsport” oyununda “Timsport”un oyunçusu Quliyev Fərid ikinci sarı vərəqə, nəticədə qırmızı vərəqə alandan sonra hakimlərə qarşı davamlı təhqiredici hərəkətlərinə, nalayiq ifadələr işlətdiyinə, zalı tərk etməkdən imtina etdiyinə və buna görə oyunun 3 dəqiqə gec bərpa olunmasına görə 4 oyun cəzalandırılıb.

Region Liqasının “Qala” (Şəmkir) – “Göygöl” oyununda “Göygöl”ün futbolçusu Rafik Məmmədzadə oyunun 62-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb. “Göygöl”ün digər futbolçusu Araz Mansurov oyunun 62-ci dəqiqəsində hakimi təhqir etdiyinə, meydandan çıxdıqdan sonra hakimi təhqir etməyə davam etdiyinə və hakimi itələdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

Region Liqasının “Qusar” FK – “Mübariz” oyununda “Mübariz”in futbolçusu Laçın İsmayılzadə oyunun 68-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

Region Liqasının “Ağsu-06” – “Ağsu Siti” oyununda “Ağsu Siti” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyun keçirilmədiyinə görə “Ağsu Siti”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Region Liqasının “Şirvanovka” – “Bakı Atletik” oyununda “Bakı Atletik” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyun keçirilmədiyinə görə “Bakı Atletik”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Region Liqasının “Dirçəliş” – “Rekord” oyununda “Dirçəliş”in futbolçusu Pərviz Əliyev oyunun 79-cu dəqiqəsində kütləvi dava dalaşda iştirak edərək rəqibi vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb. “Rekord”un futbolçusu Ramiz Qasımov oyunun 79-cu dəqiqəsində kütləvi dava dalaşda iştirak edərək rəqibi vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb. “Rekord”un futbolçusu Əli Mustafayev oyunun 79-cu dəqiqəsində kütləvi dava dalaşda iştirak edərək rəqibi vurduğu üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 5 oyun cəzalandırılıb.

Gənclər Liqasının “Sabah” – “Səbail” oyununda “Sabah”ın futbolçusu Hüseyn Məmmədzadə oyunun 85-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.

Region Liqasının “Batabat” – “Sədərək” oyununda “Sədərək” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Sədərək” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Region Liqasının “Sədərək” – “Əlincə” oyununun 1-ci hissəsi 0:10 hesabı ilə bitdikdən sonra “Sədərək” komandası oyunun 2-ci hissəsinə çıxmadığına görə oyun bitmədiyi üçün Sədərək klubuna 0:10 hesabı ilə məğlubiyyət verilib.

U-15 Liqasının “Neftçi” PFK – “Sumqayıt” oyununda “Neftçi”nin baş məşqçisi Eldəniz Məmmədov oyunun 60-cı dəqiqəsində meydana daxil olaraq köməkçi hakimə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.

U-13 Liqasının “Sahil” FA – “Dortmund Bakı” oyununda “Dortmund Bakı”nın heyətində yetərsay olmadığı üçün matç baş tutmamağına görə “Dortmund Bakı”ya 0:3 hesabı ilə məğlubiyyət verilib.

U-13 Liqasının “Astara” – “Xan Lənkəran” oyununda “Xan Lənkəran” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Xan Lənkəran”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasının “Quba Olimpiya Kompleksi” – UGİM (Siyəzən) oyununda “Quba Olimpiya Kompleksi”nin baş məşqçisi Emin Əmiraslanov oyunun 24-cü dəqiqəsində meydana daxil olaraq hakimə sərt şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.

U-13 Liqasının “Azart” – “Səbail” oyununda “Azart”ın futbolçusu Nicat Ağakişiyev oyun bitdikdən sonra rəqibi ilə dava-dalaşda iştirak etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb. “Səbail”in futbolçusu Çingiz Məmmədov rəqibi ilə dava-dalaşda iştirak etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.

U-13 Liqasının EFA – “Neftçi” PFK oyununda “Neftçi”nin baş məşqçi köməkçisi Alim Qurbanov oyununun 30-cu dəqiqəsində meydana daxil olaraq oyunun rəsmi şəxslərini, baş hakimin şərəf və ləyaqətini təhqir etdiyi, hakimin üstünə tüpürdüyü üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb. EFA – “Neftçi” PFK oyununda “Neftçi” azarkeşləri tərəfindən oyun zamanı və oyun bitdikdən sonra AFFA-nın və hakimlərin ünvanına təhqirlər işlədilməsinə görə “Neftçi” klubu növbəti 2 oyunu azarkeşsiz keçirəcək.

U-12 Liqasının “Şəmkir” FK – “Qazax Gənclər” oyununda “Qazax Gənclər” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun keçirilməməsi səbəbindən “Qazax Gənclər” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasının “Hil” (Qusar) – “Xaçmaz OK” oyununda “Hil”in heyətində yetərsay olmadığı üçün oyun baş tutmamağına görə “Hil”ə 0:3 hesabı ilə məğlubiyyət verilib.

U-12 Liqasının “Çərəkə” – “Kürdəmir Gİİ” oyununda “Kürdəmir Gİİ” komandasının baş məşqçisi Əfrayıl Həşimov oyununun 47-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.

U-12 Liqasının “Baku Sportinq” FK – ROFM oyununda ROFM komandasının baş məşqçisi Pərviz Gözəlov oyunun 7-ci dəqiqəsində texniki zona qaydalarını pozub hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.

U-11 Liqasının UGİM (Şabran) – UGİM (Siyəzən) oyununda UGİM (Şabran) klubunun heyətində yetərsay olmadığı üçün oyunun baş tutmamağına görə UGİM (Şabran) komandasına 0:3 hesabı ilə məğlubiyyət verilib.

U-11 Liqasının “Binə” – “Sumqayıt” oyununda “Binə” komandasının baş məşqçisi Məmmədəli Ağatalıbov oyunun 24-cü dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-28 02:56

“Atletiko” və “Jirona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-28 02:44

“Yuventus”la “Milan”dan heç-heçə

blank
Dünya futbolu2024-04-28 02:31

“Bayern” qalib gəldi, “Bayer” və “Borussiya”…

blank
Dünya futbolu2024-04-28 02:11

PSJ evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:28

“Liverpul” səfərdə, “Mançester Yunayted” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:00

Dadaşov qol vurdu, “Beşiktaş” derbidə məğlub oldu

blank
Digər idman növləri2024-04-28 00:11

Azərbaycan millisindən tarixi nəticə

blank
Ölkə futbolu2024-04-27 23:48

“Qəbələyə 3 xal üçün gedəcəyik”

blank
Premyer-liqa2024-04-27 23:32

“Qəbələ”də üç itki

blank
Milli komanda2024-04-27 23:18

Millinin heyətində dəyişikliklər edildi

blank
Ölkə futbolu2024-04-27 23:05

Samir Abasov Xavi ilə görüşdü

blank
Premyer-liqa2024-04-27 21:31

“Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir” – Renduliç

blank
Premyer-liqa2024-04-27 21:25

“Oyunun qalibi Yusif İmanov idi” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-27 21:00

“Sabah”dan “Səbail”ə 2 cavabsız qol – VİDEO

blank
Digər idman növləri2024-04-27 20:05

Azərbaycanın daha bir cüdoçusu AÇ-nin qalibi oldu

blank
Premyer-liqa2024-04-27 19:52

“Sabah” “Səbail”ə qalib gəldi

blank
Digər idman növləri2024-04-27 19:00

Azərbaycan cüdoçusu AÇ-nin finalında

blank
Digər idman növləri2024-04-27 18:12

Azərbaycan taekvandoçuları Tallində daha 1 medal qazandılar

blank
Digər idman növləri2024-04-27 17:31

Azərbaycanın 2 cüdoçusu AÇ-nin yarımfinalında

blank
Digər idman növləri2024-04-27 17:00

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 5 medal

blank
Dünya futbolu2024-04-27 16:10

Krivotsyukun komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-27 15:36

Yenidən “Qalatasaray” prezidentliyinə namizəd oldu

blank
Digər2024-04-27 15:01

UEFA-nın antidopinq təhsili üzrə tədbir keçirilib

blank
Ölkə futbolu2024-04-27 14:39

Danışılmış oyunlarla bağlı növbəti seminar

blank
Digər idman növləri2024-04-27 13:55

Gənc taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq

blank
Digər idman növləri2024-04-27 13:12

Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb

blank
Digər idman növləri2024-04-27 12:53

Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda məşqçilərlə görüşüb

blank
Digər idman növləri2024-04-27 12:36

Hakim “Duty Free”də oğurluq edən zaman yaxalandı

blank
Digər idman növləri2024-04-27 12:15

“Fənərbağça” üstünlüyünü qoruya bilmədi

blank
Digər idman növləri2024-04-27 11:53

Almaniya qran-prisi təqvimə qayıda bilər

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm