Digər idman növləri
AGF-in 3 nümayəndəsi Avropa Gimnastikasında təmsil oluna bilər
Dekabrın 2-3-də Portuqaliyanın Albufeira şəhərində Avropa Gimnastikasının 29-cu konqresi təşkil olunacaq.
Futbolinfo.az Azərbaycan Gimnastika Federasiyasına (AGF) istinadən xəbər verir ki, konqres çərçivəsində qurumun rəhbərliyi, texniki komitələri və komissiyalarına seçkilər baş tutacaq.
AGF tərəfindən Yevgeniya Vilyayevanın bədii gimnastika, Ruslan Eyvazovun gimnastika hamı üçün, İnara İsrafilbəyovanın isə “TeamGym” idman növü üzrə Avropa Gimnastikasının texniki komitələrinin üzvlüyünə namizədlikləri irəli sürülüb.
Qeyd edək ki, ötən il AGF-in idman direktoru Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinə, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının məşqçisi Siyana Vasileva isə Atletlər Komissiyasına üzv seçiliblər.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”