Dünya futbolu
Almanlar Nkunkuya əvəzedici axtarır
Kristofer Nkunkunu “Çelsi”yə satan “Leypsiq” yeni hücumçu axtarır. Fransalı yayda Londona yola düşəcəyindən, indidən ona əvəzləyici tapılmalıdır.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi onu əvəzləmək üçün Conatan Deyvidə “elçi düşüb”. Amma kanadalının Almaniyaya yollanması real görünmür. Hazırda Liqa 1-də 23 matça vurduğu 15 qolla bombardir olan futbolçuya digər klubların da marağı var və transfer qiyməti “Leypsiq” üçün əlverişli olmaya bilər.
İstənilən halda, almanlar yayda bu futbolçunu transfer etməyə çalışacaq. Keçid alınmasa, digər variantlar nəzərdən keçiriləcək.
2020-ci ildə “Qarabağ”ın bu gün qarşılaşdığı “Gent”dən “Lill”ə keçən 23 yaşlı futbolçunun Fransa klubu ilə 2025-ci ilin yayına kimi müqaviləsi var. Conatanın bazar dəyəri 50 milyon avrodur.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”