Dünya futbolu
Aquero 3 ay oynamayacaq – ürəyindəki problemə görə
İspaniyanın “Barselona” klubu La Liqanın 12-ci turu çərçivəsində baş tutan “Alaves”lə oyundan (1:1) sonra xəstəxanaya aparılan Serxio Aqueronun səhhəti ilə bağlı məlumat yayıb.
Futbolinfo.az xəbər verir ki, argentinalı hücumçuya aritmiya (ürəyin normal ritminin pozulması) diaqnozu qoyulub.
Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. 33 yaşlı forvardın buna görə 3 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
Xatırladaq ki, “Alaves”lə matçın gedişində nəfəs darlığından əziyyət çəkən Aquero 41-ci dəqiqədə Filippe Koutinyo ilə əvəzlənmişdi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”