Dünya futbolu
“Arsenal” üçün iki namizəd
Uzun müddət “Arsenal”la danışıqlar aparan “Şaxtyor”un Mihail Mudriki qəflətən “Çelsi”yə satması Mikel Artetanı məyus etməyib. “Topçular”ın baş məşqçisi ixtiyarındakı heyətdən razıdır və yeni transfer üçün tələsib səhv etmək istəmir.
Futbolinfo.az xəbər verir ki, Arteta Mudrikin son anda digər London klubuna keçməsini şərh etməyib: “Əla heyətimiz, mükəmməl futbolçularımız var. Bu transfer dönəmində özümüzü inkişaf etdirmək istəyirik. Təkcə oyunçu almaqla deyil, hamımız inkişaf etməliyik. Bəlkə də bəzən riskə getməməklə, nəticə çıxarmaqla daha yaxşı işlər görmək olar. Transfer də istəyirik, amma hər mənada klub üçün doğru addımlar atmalıyıq”.
Arteta ad çəkməsə də, “topçular”ın yarımmüdafiə xəttinə əlavələr edəcəyi dəqiqdir. Klub rəhbərliyi hazırda iki futbolçu arasında seçim edir.
İlk namizəd Leandro Trossarddır. “Brayton” baş məşqçi ilə problem yaşayan belçikalı yarımmüdafiəçini yanvarda satmaq qərarı verib. Danışıqlar uğurlu alınsa, “Arsenal” şansı qaçırmayacaq.
Digər namizəd Rafinyadır. “Barselona”da ümidləri doğrultmayan braziliyalı daim oynaya biləcəyi klub axtarır. İspaniya təmsilçisi də büdcəsini yüngülləşdirmək üçün yayda “Lids”dən aldığı cinah oyunçusunu satmağın əleyhinə deyil.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”