Dünya futbolu
“Arsenal”ın futbolçusu “Qarabağ”la oyun haqda: “Gecəni yata bilməmişdim”
“Arsenal”ın futbolçusu Bakayo Saka açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, London təmsilçisinin rəsmi saytına danışan 18 yaşlı yarımmüdafiəçi, Avropa Liqasında “Qarabağ”a qarşı keçirdiyi oyundan da danışıb:
“Mənim əsas komandada debütüm Ukraynada olmuşdu. Ancaq iki həftə sonra “Emirates”də ilk oyunuma çıxanda ailəm də oradaydı. 17 yaşımın tamam olmasından bir neçə ay sonra Avroliqada “Qarabağ”a qarşı oyun oldu. Bir gün əvvəldən əsas heyətdə olacağımı demişdilər. Bütün gecəni yata bilməmişdim. Atam da mənim kimi olduğunu demişdi. Onlar mənə dəstək olmaq üçün oyuna gəlmişdi. Onlar çox xoşbəxt idilər.
Həmin oyunda geyindiyim formanı çərçivəyə salmışam, evdə divardadır. Mən o günü heç vaxt unutmayacam. Əslində o oyunda qol vurmaq üçün böyük şansım var idi. Ancaq bundan dərs çıxardım və yenə də öyrənirəm”.
Bakayo Saka “Qarabağ”ın Londonda “Arsenal”a 0:2 hesabıyla uduzduğu matçın ən yaxşı futbolçusu seçilmişdi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”