Dünya futbolu
Arteta hücum xəttinə transfer istəyir
“Arsenal” İngiltərə Premyer Liqasında liderliyə davam edir. Londonlular ilk 25 oyunda 20 qələbə qazanmaqla klub tarixinin ən yaxşı nəticəsinə nail olub.
Futbolinfo.az xəbər verir ki, bu uğurun memarı olan baş məşqçi Mikel Arteta isə hər şeydən razı deyil. O, sonadək zirvədə qalmaq üçün komandanın qışda güclənməli olduğunun fərqindədir. Azı 3 transfer istəyən ispan mütəxəssis axtarışları davam etdirir.
Arteta xüsusilə hücum xəttini gücləndirmək haqda düşünür: “Hücumda alternativlərimiz çox deyil. Qabriel Jesus əməliyyat olunub, onun bərpa olunub sıraya qayıtması zaman alacaq. Onun qayıdışını gözləyə bilmərik, yeni futbolçular almalıyıq. Bu, komandadaxili rəqabət üçün də vacibdir”.
Məşqçi ad çəkməyi lazım bilməyib. Bununla belə, 2-3 futbolçu ilə ciddi şəkildə maraqlandıqlarını dilə gətirib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”