Digər idman növləri
Azərbaycan badmintonçusu Niderlandda 2-ci oldu
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Niderlandın Hertogenbos şəhərində keçirilən “International challenge” kateqoriyalı “YONEX Dutch Open 2023” turnirində 2800 reytinq xalı qazanıb.
Futbolinfo.az xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında mübarizəyə əsas mərhələdən başlayan Edi Reski Dviçayo ilk görüşündə İsveçrə təmsilçisi Tobias Kuenzidən hər iki setdə (21-12, 21-13) üstün olub.
Növbəti qarşılaşmada Niderland bamdintonçusu Dennis Kopeni (21-15, 21-17) mübarizədən kənarlaşdıran Edi uğurlu çıxışın davamını 1/4 finalda da gətirib. Badmintonçumuz bu dəfə digər holland rəqibi Joran Kveekelə 2:0 (21-16, 21-10) hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Dviçayo finalın bir addımlığında yarışın qalibi danimarkalı Viktor Svendsenə uduzub – 0:2 (17-21, 13-21).
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”