Ölkə futbolu
“Azərbaycandakı fanatlarımızı sevindirməliyik” – Şenol Günəş
Türkiyənin “Beşiktaş” komandasının baş məşqçisi Şenol Günəş “Sabah”a qarşı keçirəcəkləri yoldaşlıq oyunu öncəsi açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, o, bu gün Bakıda jurnalistlərlə görüş zamanı bunları söyləyib:
“Azərbaycana sonuncu dəfə Türkiyə yığmasını çalışdırarkən gəlmişdim. O vaxtdan bəri çox şeyin dəyişdiyini görürəm. Eyni dəyişikliyi futbolda da görürəm. Rasim Kara və Serpil Həmdi Tüzün Azərbaycanda məşqçi kimi fəaliyyət göstərib. Özümüzü Azərbaycanda yad hiss etmirik.
Zəlzələdən zərərçəkənlər üçün bir xeyriyyə matçı oynayacağıq. Ümid edirəm ki, yaxşı matç olacaq. Bu oyunun təşkilində prezidentimiz Ahmet Nur Cebi və İdarə Heyətinin üzvləri, həmçinin “Sabah”ın prezidenti və menecerləri təşəbbüs göstərdilər. “Sabah” klubu yaxşı sərmayə qoyub, yaxşı oyunçu qrupu var. Çox iddialı komandadır. Yaxşı oyunçuları var və orta yaş həddi yüksək deyil. Gələcəkdə hər şey daha yaxşı ola bilər. Azərbaycanda çoxlu “Beşiktaş” azarkeşinin olduğunu bilirəm. Futbolçularımız onları sevindirməlidir”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”