Digər idman növləri
Bahar Kubokuna start verilir
Martın 17-də Azərbaycan Voleybol Federasiyasının idman zalında Novruz bayramına həsr olunan Bahar Kubokuna start veriləcək.
Futbolinfo.az xəbər verir ki, qadın voleybolçular arasında təşkil olunacaq yarışda Azərbaycan Super Liqasının iştirakçıları – “Azərreyl”, “Murov”, “Abşeron” və UNEC komandaları mübarizə aparacaqlar.
Kubok uğrunda oyunlar iki gün davam edəcək. Püşkə əsasən, yarış “Azərreyl” – “Abşeron” matçı ilə start götürəcək. Görüş saat 14:00-da başlayacaq. Saat 16:00-da “Murov” UNEC-i sınağa çəkəcək.
Reqlamentə əsasən, qalib gələn komandalar 1-ci, məğlub olanlar isə 3-cü yer uğrunda mübarizə aparacaqlar. Hər iki matç martın 18-də keçiriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub