Dünya futbolu
“Beşiktaş”dan ayrıldı, 3-cü liqa klubu ilə müqavilə bağladı
Bu yay Türkiyənin “Beşiktaş” klubundan ayrılan niderlandlı yarımmüdafiəçi Cermeyn Lens özünə yeni komanda tapıb.
Futbolinfo.az xəbər verir ki, 34 yaşlı vinger bundan sonra karyerasını Fransanın 3-cü liqa təmsilçisi “Versal”da davam etdirəcək.
Bu barədə futbolçunun yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
Lens karyerası ərzində “Alkmaar”, “Neymegen”, PSV, “Dinamo” (Kiyev), “Sanderlend”, “Fənərbaxça” və “Fatih Karagümrük”ün də formasını geyinib. O, 2018-ci ildən çıxış etdiyi “Beşiktaş”da 101 oyuna 12 qol və 20 məhsuldar ötürmə müəllifi olub. Lens Niderland yığmasında 34 oyuna 8 qol vurub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək