Dünya futbolu
Blindin yeni klubu bəlli oldu
“Ayaks”dan ayrılan Deyli Blindin yeni iş yeri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, niderlandlı müdafiəçi bundan sonra Almaniyanın “Bayern” klubunun uğurları üçün çalışacaq.
Bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. 32 yaşlı futbolçu ilə bu mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, Blind 2022-ci ilin 27 dekabrında “Ayaks”la müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etmiş və azad agent statusu almışdı. O, “Qroningen” və “Mançester Yunayted”də də oynayıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”