Dünya futbolu
Bordinin xələfi bəlli oldu
“Şerif”ə yeni baş məşqçi təyin olunub. Moldova klubunun rəsmi saytının yazdığına görə, komandaya Roman Pilipçuk rəhbərlik edəcək.
Futbolinfo.az xəbər verir ki, o, bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən “Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordini əvəzləyib. Ukraynalı mütəxəssisin son iş yeri Sloveniyanın “Selje” klubu olub.
“Şerif” hazırda 8 oyundan sonra 19 xalla Moldova çempionatında ikinci yerdə qərarlaşıb. Bordinin istefasına isə avrokuboklardakı uğursuzluq səbəb olmuşdu.
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Dünya futbolu2024-04-26 09:42
Slot təsdiqlədi – “Liverpul”a getmək istəyir